Yazını böyüt
Yazını kiçilt
Ölkədə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verir. Sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.
Nazirlikdən hafta.az-a bildirilib ki, son illərdə “Azərmaş” ASC və “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.